Təkərlərin təzyiqi düzgün ölçülmür: sürücülərə təhlükə xəbərdarlığı - VİDEO

Avtomobillərin təkərlərinə mütəmadi olaraq hava vurulmalıdır. Ancaq bu zaman diqqət yetirilməli məqamlar var. Təzyiqin düzgün ölçülməməsi ciddi problemlər yarada bilər. Avtomobilin təkərində havanın təziqini yoxlatdırırsan əksər hallarda fərqli-fərqli rəqəmlər ortaya çıxır. Səbəb isə təkər təmiri yerlərində istifadə olunana manometr cihazlarının düzgün işləməməsidir. Bunu əyani yoxlamaq qərarına gəldik. Yaxınlaşdığımız ilk mənqtəqədə təkərə hava vurduduq və burda təkərin təzyiqi bir onda doqquz göstərdi.
Birinci yaxınlaşdığımız məntəqədə təkərin təzyiqini bir onda doqquz vurdurmuşduq. Hazırda digər bir məntəqədəyik. Baxmayaraq cihazlar eynidi ancaq fərqli rəqəmlər göstərir. Burda təkərin təzyiqini 2 göstərir. Növbəti məntəqədə isə tamam başqa rəqəmlər ortaya çıxdı.
Əslində avtomobilin təkərlərindəki hava təziqinin normada olması heç də az əhəmiyyətli deyil. Belə ki, təzyiqin normal həddə olmaması həm təkərlərin ömrünü azaldır, həm də avtomobilin digər hissələrinin tez sıradan çıxması ilə nəticələnir. Yüksək sürət zamanı isə qəza riskini artırır.
Problemlə bağlı Standartlaşma,Metrologiya və Patent üzrə Dövlət Komitəsindan isə bildirdilər ki, sahibkarlar ildə bir dəfə manometr cihazlarını yoxlatırmalı və şəhadətnamə almalıdırlar. Amma əksər sahibkarlar bunu etmirlər. Komitə bununla bağlı 15 məntəqədə yoxlama aparıb və məlum olub ki, onlardan 12 si manometr cihazını yoxlamadan keçirməyib. Onların barəsində protokol tərtib olunub.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










