Təkərlərin üzərindəki rəqəmlər nə deyir? - Bunları bilmək vacibdir

Sürücülər təkər alarkən bir qayda olaraq ölçüyə fikir verirlər. Məsələn, bu avtomobil üçün 175/70R13 tipli təkər standartdır. Digər parametrlər çoxlarını maraqlandırmır. Bəs söhbət hansı göstəricilərdən gedir.
Avtosfer.az xəbər verir ki, təkərin üçzərində sürət kateqoriyası və istehsal ili də göstərilir. Konkret olaraq:
L hərfi təkər üçün maksimal sürətin 120 km/saat olduğunu göstərir.
M hərfi – 130 km/saat
N hərfi – 140 km/saat
P hərfi – 160 km/saat
Q hərfi – 170 km/saat
R hərfi – 180 km/saat
H hərfi – 200 km/saatdann yuxarı
V – 240 km/saatdan yuxarı.
Gəldik daha vacib məsələyə - istehsal tarixinə.
Təkərlərin istehsal tarixi 4 rəqəmlə göstərilir. İlk 2 rəqəm həftəni, son 2 rəqəm isə ili göstərir. Məsələn, 2922. Yəni, bu təkər 2022-ci ilin 29-cu həftəsində istehsal olunub.
Bizim ölkədə ciddi fikir verilməsə də, əksər ölkələrdə texniki baxış zamanı təkərin ilinə fikir verilir.
Təkər təhlükəsizliyin vacib elementi olduğu üçün hər 500 km-də bir dəfə havası yoxlanmalı, hər 20-30 min kilometrdə bir dəfə balansı ölçülməli və yerləri çarpaz dəyişdirilıməlidir.
Vüqar
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem










