"Tesla" avtomobilləri 15-dən çox insanın ölümünə səbəb olub

ABŞ-də son illərdə "Tesla" avtomobillərinin iştirakı ilə baş vermiş qəzalar nəticəsində ən azı 15 nəfər həyatını itirib. Qəzadan sonra avtomobillərin qapıları açılmayıb və sərnişinlər salondan çıxa bilməyiblər. Avtosfer.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb. Uzun illər ərzində "Tesla" sahibləri avtomobillərin qapılarında yaranan problemlərlə bağlı şikayətlər ediblər. Onlar İlon Maskın şirkətinin ABŞ tənzimləyicilərinə müraciət ediblər, sosial şəbəkələrdə şikayətlər yazıblar və müxtəlif hadisələrdən sonra məhkəmələrdə iddialar qaldırıblar. Qapıların açılmaması ilə bağlı növbəti insident bu yaxınlarda baş verib. Dekabr ayında Virciniya polisi yanan "Tesla Model Y" avtomobilinin pəncərəsini sındırmaq məcburiyyətində qalıb, çünki qapılar açılmayıb. Polis sürücünü təhlükəsiz yerə çıxarmağa nail olub, halbuki ABŞ-də bu cür hadisələr adətən faciə ilə nəticələnir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










