“Tesla” Çindəki bazar payını itirməyə davam edir

ABŞ-ın elektrokar istehsalçısı “Tesla” şirkətinin satış göstəriciləri azalmağa davam edir.
Avtosfer.az xəbər verir ki, “Tesla” Avropanın əsas avtomobil bazarlarında – Almaniya, Fransa və İsveçdə ciddi geriləmələrlə üzləşib. ABŞ-da isə şirkətin baş direktoru və əsas səhmdarı İlon Maskın siyasi fəaliyyəti, xüsusən Prezident Donald Trampa dəstəyi kompaniyanın imicinə mənfi təsir göstərib.
Elektrik avtomobillərinin ən iri bazarı hesab olunan Çində ötən il satışlarını artırmağa nail olan “Tesla”, cari ildə rəqabətin kəskinləşməsi səbəbindən həmin bazarda da geriləməyə başlayıb. Məlumata görə, şirkət bu ilin yanvar-aprel aylarında ÇXR-də cəmi 163 min 338 avtomobil sata bilib.
Çində elektrik və hibrid avtomobilləri bazarı sürətlə böyüdüyü halda, “Tesla” şirkətinin payı əhəmiyyətli dərəcədə azalır. Belə ki, 2023-cü ildə Çinin elektrik avtomobilləri bazarında ikinci, 2024-cü ilin əvvəlində isə üçüncü yerdə qərarlaşan kompaniya cari ilin ilk dörd ayında 4,6 faiz payla beşinci sıraya düşüb.
Qeyd edək ki, digər ölkələrin avtomobil istehsalçıları da Çin bazarında rəqabətə davam gətirməyə çətinlik çəkirlər. Uzun illər ərzində bu bazarın lideri olan “Volkswagen” son dövrlər mövqeyini yerli BYD şirkətinə təhvil verib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












