"Tesla" elektrik avtomobil sahiblərini aldatmaqda ittiham edilir

"Tesla" korporasiyası işlənmiş elektrik avtomobillərini robotaksi kimi istifadə edəcəyinə söz versə də, onların satışına başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Şirkətdəki mənbələr yeni müştərilərə işlənmiş avtomobilləri endirimlə satmağa başladıqlarını bildiriblər. 2019-cu ildən etibarən şirkət avtomobilin dəyərinin bir hissəsini ödəməklə yeni modelləri lizinqlə götürməyi və sonra "Tesla"ya geri qaytarmağı təklif edib. Korporasiya işlənmiş elektrik avtomobillərinin sürücüsüz taksilər parkına əlavə ediləcəyini bildirib. İnsayderlərin fikrincə, bu baş verməyib: işlənmiş avtomobillər yeni alıcılara yenidən satılmağa başlayıb.
"Sizin onları almaq imkanınız olmayacaq, çünki biz avtomobilləri özümüzə götürmək istəyirik", - deyə "Tesla"nın baş direktoru İlon Mask 2019-cu ilin aprelində Kaliforniyada bir investor görüşündə bildirib.
Jurnalistlərin fikrincə, bu, COVID-19 pandemiyası zamanı bazar böhranı kontekstində yaxşı təklif idi. Analitiklərin fikrincə, korporasiya hamını aldadıb.
Məqalədə qeyd olunub ki, bu elektromobillərin cəlbediciliyini artırmaq üçün "Tesla" onları pulsuz olaraq "Full Self-Driving" (FSD) sürücüsüz idarəetmə funksiyaları ilə təchiz edir ki, bunun da ayrıca qiyməti 15 min dollardır.
Jurnalistlər qeyd ediblər ki, "Tesla" icarəyə götürülən bir çox avtomobilini yenidən satmaqla pul qazanmağın qeyri-adi gəlirli yolunu tapıb. Onlar bu əməli qeyri-etik, lakin qanuni adlandırıblar. Maliyyə hesabatlarına əsasən, şirkət dünya üzrə 314 mindən çox avtomobili icarəyə verib.(oxu.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












