"Tesla" ən ucuz elektromobillərini buraxıb
Avtoxəbər
9 Oktyabr 2025 00:00

Amerikalı milyarder İlon Maska məxsus “Tesla” şirkəti tarixinin ən ucuz elektrik avtomobillərini buraxıb. Avtosfer.az bu barədə "Trend"ə istinadən xəbər verir. Təqdim olunan “Model 3 Standard” liftbeki və “Model Y Standard” krossoveri şirkətin məşhur modellərinin sadələşdirilmiş versiyalarıdır. Hər iki maşın bir doluma 840 kilometr məsafə qət etməyə kifayət edən elektrik mühərrikləri ilə təchiz olunub. Elektromobillər 6,8 saniyə ərzində 100 km/saata qədər sürət yığa bilirlər. Bu modellərin öncəkilərdən daha ucuz olması üçün “Tesla” panoram damdan, işıqlı panellərdən, arxa oturacaqdakı displeylərdən və qapı yaxınlığındakı sahənin işıqlandırma sistemindən imtina etməli olub.
Oxunub : 1588
DİGƏR XƏBƏRLƏR
8 Noyabr 2026 20:46
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
7 Noyabr 2026 14:00
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
6 Noyabr 2026 22:43
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
6 Noyabr 2026 21:10
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
6 Noyabr 2026 15:41
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
5 Noyabr 2026 23:41
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
5 Noyabr 2026 21:19
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
5 Noyabr 2026 12:53
Avtomobil sənayesi üçün yeni güzəşt
5 Noyabr 2026 11:41
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
5 Noyabr 2026 09:46
Avtomobilin boyasını necə qorumalı?
4 Noyabr 2026 15:30
Dizellə işləyən maşınlar qadağan edilir?
3 Noyabr 2026 11:48
Ən çox əməkdaşı olan avtomobil şirkətləri
ŞƏRH YAZ












