"Tesla" "Ford"u üstələdi

ABŞ avtomobil sənayesinin iki nəhəngi - "Ford" və "Tesla" arasındakı rəqabət yeni səviyyəyə keçib. İndi bu təkcə satış göstəriciləri və geriçağırılma kampaniyalarının sayı ilə deyil, həm də onların rəhbərlərinin maaşları ilə də bağlıdır.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "CarScoops" nəşri yazıb.
Məlumata görə, "Tesla"nın rəhbəri İlon Maskın maaşı "Ford"un rəhbəri Cim Farlinin maaşından 5 745 dəfə çoxdur. Lakin nəzərəçarpan rəqəmə baxmayaraq, Mask müqavilə üzrə öhdəliklərin yerinə yetirməməsi səbəbindən 2025-ci il üçün bir qəpik belə almayıb.
"Tesla"nın ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının qarşısında yeni hesabatına görə, Maskın 2025-ci il üçün kompensasiyası 158 milyard dollar dəyərində qiymətləndirilib. Bu, Farlinin maaşından 5 745 dəfə (27.5 milyon dollar), "Rivian"ın rəhbərinin maaşından 392 dəfə və "Ford"un bütün bazar kapitallaşmasından 3.3 dəfə çoxdur. Lakin bu, Maskın "Tesla"nın qarşıya qoyulan məqsədlərə çatacağı təqdirdə qazana biləcəyi opsiyaların yalnız təxmini dəyəridir.
2025-ci ildə şirkət səhmdarlar tərəfindən təsdiqlənmiş özünün 10 illik bir trilyon dollarlıq kompensasiya paketinin əsas mərhələlərindən heç birinə çatmayıb. Bu pulları almaq üçün Mask 12 ambisiyalı tapşırığı həll etməlidir: avtomobillərin ümumi tədarükünü 20 milyona çatdırmaq, bir milyon kibertaksini işə salmaq və bir milyon "Optimus" humanoid robotunu tədarük etmək.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












