“Tesla” korporasiyası “Robotaxi” xidmətini işə salıb

ABŞ-ın “Tesla” korporasiyası məhdud sayda istifadəçi üçün pilotsuz taksi (“Robotaxi”) xidmətini istifadəyə verib.
Avtosfer.az xəbər verir ki, “İnsider” nəşrinin məlumatına görə, “Robotaxi” xidmətinə ilk sifarişlər iyunun 22-də baş tutub. Xidmət hazırda yalnız Texas ştatının Ostin şəhərində istifadəyə verilib. “Robotaxi” hələ ki yeni nəqliyyat növünü sınamaq istəyən istifadəçilər üçün məhdud rejimdə işləyəcək.
Korporasiyanın rəhbəri İlon Mask xidmətə cəlb olunan avtomobillərin yeni olduğunu və sərnişin daşımaları üçün hazırlandığını bildirib. Onun sözlərinə görə, istənilən “Tesla” avtomobili taksi kimi istifadə oluna biləcək şəklə salına bilər.
Xatırladaq ki, aprel ayının sonlarında “Tesla” öz işçiləri üçün test rejimində “Robotaxi” xidmətini işə salıb. İlkin sınaqlar zamanı pilotsuz taksinin sükanı arxasında yalnız onun hərəkətinə nəzarət edən operator oturub.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












