“Tesla” Meksikada zavodunu quracaq - VİDEO

Meksika prezidentini Andres Manuel Lopez Obradorun təşkil etdiyi press konfransda, “Tesla” şirkətinin CEO-su Elon Musk ilə görüş keçirdiklərini və ölkənin şimalındakı Nuevo Leon əyalətinin paytaxtı Monterrey-də zavod qurulması mövzusunda razılığa gəldiklərini açıqlayıb.
Obrador, açılacaq olan “Tesla” zavodunun ölkə üçün önəmli bir yatırım olduğunu və çox sayda məşğulluq yaradacağını qeyd edərək, Musk-ın bölgədə var olan quraqlıq və su qıtlığı səbəbi ilə önə sürülən bəzi şərtləri də qəbul etdiyini ifadə edib.
Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Musk ilə Obrador arasında əldə olunan razılığa görə yeni açılacaq zavod su təmizlənməsi edərək, boyama daxil olmaqla elektromobil nəqliyyat vasitələrinin bütün istehsal müddətində təkrar emal edilmiş su istifadə ediləcəyi bildirilib.
Obrador, əvvəl verdiyi açıqlamada Nuevo Leon əyalətində su qıtlığının var olduğunu və ərazidə fəaliyyət göstərən şirkətlərin hədsiz su istehlakı səbəbiylə “Tesla” zavodunun burada tikilməsinin uyğun olmadığını qeyd etmişdi. Ancaq Musk-ın suyun təkrar emalıyla bağlı şərtləri qəbul edərək Obrador-u yola gətirdiyini bildirdi.
Qeyd edək ki, Meksikanın şimalında yerləşən və ABŞ-ın Texas əyalətinə qonşu olan Nuevo Leon, ölkədə quraqlığın ən çox görüldüyü və əhalisinin böyük su sıxıntısı yaşadığı bölgə olaraq bilinir.
Nərmin Əkbər
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?










