“Tesla” robot taksi sifarişi üçün tətbiqə girişi açıb

“Tesla” kompaniyası “Robotaxi” sifarişi üçün istifadə olunacaq tətbiqi geniş istifadəçilərə təqdim edib.
Avtosfer.az xəbər verir ki, ABŞ-ın elektrik avtomobilləri istehsalçısı bu barədə özünün sosial media hesabında məlumat yayıb.
Kompaniya “Robotaxi” xidmətini iyunun sonunda Texas ştatının Ostin şəhərində işə salıb. Xidmət həmin dövrdən bəri yalnız məhdud sayda investorlar və influenserlər üçün əlçatan olub. Hazırda “Robotaxi” proqramı kameralar və sensorlarla təchiz edilən adi “Model Y” avtomobillərindən istifadə edir. Tamamilə avtonom “Cybercab” adlı elektrik avtomobili isə hələ hazırlanma mərhələsindədir.
“Tesla” kompaniyasından verilən məlumata görə, “Robotaxi” xidmətindən yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər. Həmçinin avtomobillərə 13 yaşdan kiçik uşaqların, hətta böyüklərin müşayiəti ilə olsa belə minməsinə icazə verilməyəcək.(azərtac)
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












