“Tesla” şirkətinin səhmləri ucuzlaşır

İnvestorlar İlon Maskın yeni siyasi partiya yaratmasının elektrik avtomobil istehsalçısı üçün əlavə problemlər yaradacağından narahat olduqları üçün “Tesla” şirkətinin səhmləri ABŞ-da kəskin şəkildə ucuzlaşır.
Avtosfer.az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, “Tesla”nın səhmləri bazar ertəsi günü birjalardakı ticarətdə 7 faizdən çox ucuzlaşıb və bu, Nyu-York birjasının açılışında şirkətin dəyərinin təxminən 70 milyard dollarının silinməsi təhlükəsi yaradır.
“Tesla” şirkətinin dəyəri 1 trilyon dolların altında qiymətləndirilir, lakin onun sahibi İlon Maskın ABŞ Prezidenti Donald Trampla münasibətləri səbəbindən onun səhmləri təzyiq altındadır. İnvestorlar isə Maskın diqqətinin gündəlik işindən yayınacağı və ya Ağ evin onun biznesini cəzalandıracağı ehtimalından narahatdırlar.
Donald Tramp bazar günü, iyulun 6-da Maskın “Amerika” partiyası yaratmaq planlarını “gülünc” adlandırıb və dünyanın ən varlı adamının ünvanına yeni “tikanlı” sözlər ünvanlayıb.
ABŞ Prezidenti “Truth Social” texnoloji platformasında yazıb: “İlon Maskın son beş həftə ərzində necə tamamilə relsdən çıxdığını və mahiyyətcə “DESTROYER”ə (dağıdıcı - red.) çevrildiyini görəndə çox kədərlənirəm”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












