Banner

Azərbaycan DƏHŞƏTLİ HADİSƏ: Evdən kişi və qadın meyiti tapıldı

Hadisə 17 Noyabr 2026 09:06
Azərbaycan DƏHŞƏTLİ HADİSƏ:  Evdən kişi və qadın meyiti tapıldı
WhatsApp kanalımıza abunə olun

Şəmkirdə bir evdən qadın və kişi meyitlərinin tapılması ilə bağlı yeni detallar məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Varlı Həyat kəndində baş verən hadisə zamanı kişi qeyri-rəsmi yaşadığı qadını öldürüb. Bundan sonra isə o intihar edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

***

Şəmkir rayonunda evdən kişi və qadın meyitinin tapılması ilə bağlı bəzi təfərrüat məlum olub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyindən və telefon zənglərinə cavab vermədiyindən yaxınları onun yaşadığı evə yollanıblar.

Evin qapısının bağlı olduğunu görən yaxınları hasardan aşaraq həyətə daxil olublar.

Onlar evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadının meyitini aşkar ediblər.

Mərhumun yaxınlarının sözlərinə görə, R.Mustafayev kənddə əkinçiliklə məşğul olurmuş. Meyiti tapılan qadının isə onun yanında işlədiyi bildirilir.

Məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb. Onun övladının olduğu bildirilir.

Hər iki şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh