Bakıda bu ərazidə evi olanlara ŞAD XƏBƏR - VİDEO

İstər yeni tikililərdə, istərsə də köhnə mənzillərdə qiymətlər yüksəlir. Bahalaşma kirayə mənzil bazarında da müşahidə edilir.
Qiymətləndiricilər Palatasının məlumatlarına görə, 2026-cı ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz yüksəlib. İlkin mənzil bazarında bahalaşma 10,4 faiz, təkrar mənzil bazarında isə 8,4 faiz təşkil edib.
Kirayədə isə 2026-cı ilin sentyabr ayında icarəçilərin ödədiyi kirayə haqları illik müqayisədə 5,7 faiz, aylıq müqayisədə isə 1,9 faiz artıb.
Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, qiymət artımları daha çox çıxarışlı, ümumi sahəsi az olan və ipoteka predmetinə çevrilən əmlaklarda müşahidə olunur.
Xüsusilə Nəsimi, Nərimanov, Yasamal və Xətai rayonlarında yerləşən mənzillər bazarda aktiv təklif olunan əmlaklar sırasındadır. Digər tərəfdən, mərkəzdən kənar ərazilərdə də yeni tikililərə və daha münasib qiymətli mənzillərə maraq qalmaqdadır.
Kirayə mənzillərin qiymətinə gəldikdə isə paytaxtın mərkəzi ərazilərində bahalaşma daha çox hiss olunur.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












