Banner

Avtomobildə telefonu tutacağa yerləşdirib xəritədən istifadə etmək olarmı? – AÇIQLAMA - VİDEO

Öyrənək 17 Noyabr 2026 10:30
Avtomobildə telefonu tutacağa yerləşdirib xəritədən istifadə etmək olarmı? – AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə olun

Sürücülərin avtomobildə telefonlardan istifadə qaydaları ilə bağlı tez-tez suallar yaranır. Xüsusilə mobil telefonu xüsusi tutacağa yerləşdirərək naviqasiya proqramlarından istifadə etməyin inzibati məsuliyyət yaradıb-yaratmadığı müzakirə mövzusudur.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov məsələ ilə bağlı sürücülərə aydınlıq gətirib.

Ekspert bildirib ki, qanunvericilikdə qadağa mobil telefonun sürücünün əlində saxlanılaraq istifadə edilməsinə aiddir. Telefonun avtomobildə xüsusi tutacağa yerləşdirilməsi və həmin qurğudan naviqasiya məqsədilə istifadə olunması isə özlüyündə qayda pozuntusu hesab edilmir.

Rüfət Əmiraslanov qeyd edib ki, sürücü telefonu tutacağa yerləşdirərək xəritə proqramından istifadə edə, həmçinin telefonla danışarkən qulaqcıqdan yararlana bilər.

Ekspert sürücülərin bu məsələdə yanlış məlumatlara əsaslanmamasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əsas məqam avtomobili idarə edərkən telefonu əldə saxlayaraq istifadə etməməkdir.

Qeyd edək ki, naviqasiya proqramından istifadə zamanı da sürücü diqqətini yoldan yayındırmamalı, hərəkət təhlükəsizliyinə xələl gətirən hərəkətlərə yol verməməlidir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/avtomobilde-telefonu-tutacaga-yerlesdirib-xeriteden-istifade-etmek-olarmi-228919

 

 

Oxunub : 208
ŞƏRH YAZ
Ad

E-mail

Şərh