Banner

Canı yayımda söyüş söyən sərxoş tiktoker həbs olundu

Xəbərlər 17 Noyabr 2026 00:12
Canı yayımda söyüş söyən sərxoş tiktoker həbs olundu
WhatsApp kanalımıza abunə olun

Sosial şəbəkələrdə əxlaq qaydalarını pozan daha bir şəxs barəsində inzibati tədbir görülüb.

Avtosfer.az modern.az-a istinadla xəbər verir ki, 43 yaşlı Seyfəddin Manafov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayımda söhbət zamanı o, nalayiq ifadələr işlədərək, ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.

Buna görə də Seyfəddin Manafov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

S. Manafov ifadəsində hadisə zamanı sərxoş olduğunu və əməlindən peşman olmasını deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Seyfəddin Manafov 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh