Bu hava limanında TDT ölkələri üçün xüsusi keçid zonaları yaradıla bilər - EKSPERT

İstanbul Hava Limanında Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin bayraqlarının əks olunduğu xüsusi istiqamətləndirici lövhələrin görüntülənməsi diqqət çəkib. Bu addım təşkilata üzv və müşahidəçi dövlətlərin vətəndaşları üçün ayrıca pasport nəzarəti zonalarının yaradılması təşəbbüsü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu təşəbbüsün regional mobilliyin inkişafı baxımından əhəmiyyətini şərh edib.

Ekspertin sözlərinə görə, İstanbul Hava Limanında yerləşdirilən lövhələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının bayraqları yer alıb.
Rauf Ağamirzəyev bildirib ki, 10 sentyabr 2026-cı ildə Astanada keçirilən görüşdə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi də TDT ölkələrinin vətəndaşları üçün xüsusi keçid zonalarının yaradılması layihəsinə dəstək ifadə edib.
Belə bir sistemin tətbiqi ilk növbədə sərhəd-keçid prosedurlarının sadələşdirilməsinə və sərnişinlərin gözləmə müddətinin azaldılmasına xidmət edə bilər. Eyni zamanda, bu təşəbbüs TDT ölkələri arasında turizm, biznes əlaqələri və qarşılıqlı səfərlərin inkişafına, hava limanlarında sərnişin xidmətlərinin daha çevik təşkilinə şərait yarada bilər.
Ekspert qeyd edib ki, burada iki fərqli məqamı bir-birindən ayırmaq vacibdir. TDT ölkələrinin vətəndaşları üçün xüsusi pasport nəzarəti xəttinin yaradılması ilə şəxsiyyət vəsiqəsi əsasında səyahət imkanlarının genişləndirilməsi eyni anlayış deyil. Birinci məsələ hava limanının əməliyyat və sərhəd infrastrukturu ilə, ikinci isə dövlətlər arasında hüquqi razılaşmalarla bağlıdır.
Azərbaycan və Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər təcrübəsi artıq mövcuddur. Bu təcrübənin digər TDT ölkələri ilə də genişləndirilməsi regional mobilliyin artırılması baxımından mühüm addım ola bilər.
Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya yalnız nəqliyyat dəhlizlərinin və yükdaşımaların inkişafı ilə məhdudlaşmamalıdır. Sərnişin mobilliyi, sərhəd prosedurlarının sadələşdirilməsi, vahid rəqəmsal xidmətlərin tətbiqi və hava nəqliyyatı sahəsində koordinasiyanın gücləndirilməsi də inteqrasiya prosesinin vacib istiqamətləri olmalıdır.
Qeyd edək ki, İstanbul Hava Limanında xüsusi keçid sisteminin tətbiqinə dair hələlik rəsmi təsdiq və konkret fəaliyyət tarixi açıqlanmayıb.
Eltac Zülfüqaroğlu
Zəngəzur dəhlizi üzərində dağları yarıb üç nəhəng tunel tikdilər – Ən son görüntülər - VİDEO
Soyuq havada mühərrikin ömrünü uzadan 30 saniyəlik qayda – TÖVSİYƏ
Yol kənarındakı lövhələrdəki rəqəmlər nə üçündür? – MARAQLI
Azərbaycanın bitum ixracındakı üstünlüyü: Qonşu ölkələr kimdən asılıdır?
Cücələr təyyarə ilə daşındı - FOTO
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar












