Banner

Avtomobilin lyukuna yaxın məsafədən su vurularsa, nə baş verər? – XƏBƏRDARLIQ – VİDEO

Öyrənək 17 Noyabr 2026 11:00
Avtomobilin lyukuna yaxın məsafədən su vurularsa, nə baş verər? – XƏBƏRDARLIQ – VİDEO
WhatsApp kanalımıza abunə olun

Avtomobillərin yuyulması zamanı yüksək təzyiqli su aparatından düzgün istifadə edilməməsi bəzi detalların zədələnməsinə, eləcə də salonun su almasına səbəb ola bilər. Xüsusilə lyuklu avtomobillərdə yuyulma zamanı rezin birləşmələrə yüksək təzyiqlə su vurulması arzuolunmazdır.

Avtosfer.az xəbər verir ki, bu barədə “Avto FM” radiosunun efirində lyukların təmiri üzrə mütəxəssis Samir Bəykişiyev danışıb.

O bildirib ki, avtomobil yuyulduqdan sonra lyukun kənarlarından salona su damcılaması hər zaman rezinlərin sıradan çıxması ilə əlaqəli deyil. Bu, avtomobilin konstruksiyasından, lyukun vəziyyətindən və ən əsası, yuyulma zamanı suyun hansı məsafədən və hansı təzyiqlə vurulmasından asılıdır.

Mütəxəssisin sözlərinə görə, hətta yeni avtomobillərdə belə yüksək təzyiqli su aparatını lyukun rezinlərinə çox yaxın məsafədən tutduqda suyun salona keçməsi mümkündür.

Avtomobil yuyucuları lyukun rezin birləşmələrinə birbaşa və yaxın məsafədən yüksək təzyiqli su vurmamalıdırlar. Çünki güclü su axını rezinlərin suyu kənarda saxlamaq qabiliyyətini aşa və suyun içəri daxil olmasına səbəb ola bilər.

Samir Bəykişiyev qeyd edib ki, avtomobilin damında, xüsusilə lyukun ətrafında quş ifrazatı və digər çətin təmizlənən çirklər olduqda belə, yüksək təzyiqli aparatı rezinlərə yaxınlaşdırmaq düzgün deyil. Bu cür çirklərin təmizlənməsi üçün xüsusi vasitələrdən və uyğun parçalardan istifadə etmək daha məqsədəuyğundur.

Mütəxəssis vurğulayıb ki, problem hər zaman lyukun rezinlərində olmur. Bəzi hallarda əsas səbəb avtomobilin yuyulması zamanı su təzyiqinin və məsafəsinin düzgün seçilməməsidir. Buna görə də sürücülər avtomobillərini yuduzdurarkən lyukun rezin birləşmələrinə yüksək təzyiqlə birbaşa su vurulmamasına diqqət etməlidirlər.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/avtomobilin-lyukuna-yaxin-mesafeden-su-vurularsa-ne-bas-verer-228921

 

 

Oxunub : 250
ŞƏRH YAZ
Ad

E-mail

Şərh