Texniki baxışdan keçməyənlərin cərimələnməsinə start verildi

Bakıda ötən gün avtomobilini vaxtında texniki baxışdan keçirməyən 31 sürücü cərimələnib. Avtosfer.az-ın məlumatına görə, bunu trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. Bu istqamətdə reydlərin davam etdirildiyini deyən V.Əsədov qeyd edib ki, avtobus və yük avtomobillərindən başqa bütün avtomobillərin qanunvericilikdə tələb edilən texniki baxışdan keçmə müddəti başa çatıb: “Texniki baxışdan keçməyən avtomobillər əməkdaşlarımız tərəfindən aşkar edilirsə yerindəcə onlara qarşı inzibati qaydada protokol tərtib edilir. Qeyd edim ki, həm fiziki, həm də hüquqi şəxslər məsuliyyətə cəlb olunur. Hər bir sürücünün təhlükəsizliyi üçün avtomobilinin texniki cəhətdən saz olması əsas şərtdir”.
Qeyd edək ki, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır.
Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobilini texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












