Texniki baxışın son günüdür – keçməyəni 50 manat cərimə gözləyir

Avqustun 1-dək avtomobilini texniki baxışdan keçirməyən sürücülər cərimə olunacaqlar. Bunu trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. Onun sözlərinə görə, yük maşınlarından başqa, bütün avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatır. Bu səbəbdən bütün sürücüləri əvvəlcədən xəbərdar etdiklərini deyən V.Əsədov qeyd edib ki, texniki baxışdan keçməyənlərin hələ vaxtları var: “Texniki baxış nəqliyyat vasitəsinin istehsal ilindən asılı olaraq həyata keçirilir. 2015-ci il istehsallı avtomobil texniki baxışdan keçdikdən sonra 4 il müddətində bu prosesdən azad olur. Yəni 2015-ci il istehsallı avtomobil 2019-cu ilədək texniki baxışdan keçirilmir. Sonrakı illər ərzində isə bir ildən bir keçirilməlidir. Nəqliyyat vasitəsinin istehsal müddəti 10 il tamam olduqdan sonra hər il keçirilir. Məsələn, 2011-ci il istehsallı avtomobillər texniki baxışdan 2016-cı ildə keçəcək. 2010-cu ilin maşınları isə bu il keçməlidir”.
Qeyd edək ki, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










