TIR-a ildırım düşməsi təhlükəsizlik məsələsini... – Ustadan qabaqlayıcı tədbirlər - VİDEO

Ağdaşda yük avtomobilini ildırım vurub, nəqliyyat vasitəsi bir neçə dəqiqə ərzində alova bürünüb.
Avtosfer.az xəbər verir ki, hadisə Ağdaş rayonunun Ləki kəndində baş verib. Nurlan Allahverdiyevin idarə etdiyi TIR-a ildırım düşməsi nəticəsində avtomobil yanıb.
Baş verən hadisə ildırımlı hava şəraitində avtomobillərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislərin sözlərinə görə, avtomobillərin metal konstruksiyaya malik olması onları ildırım zərbəsinə qarşı daha həssas edir.
Xüsusilə, elektromobillərin və plug-in hibrid nəqliyyat vasitələrinin sayının artdığı bir dövrdə bu məsələ daha çox maraq doğurur. Avtomobil ustası Sahil Ağabəyli bildirib ki, həmin nəqliyyat vasitələrində yüksəkgərginlikli batareyalar xüsusi mühafizə sistemləri ilə təchiz olunsa da, ildırım vurması zamanı texniki nasazlıq və zədələnmə riski tam aradan qalxmır. Bu isə yanğın təhlükəsi yarada bilər.
Onun sözlərinə görə, təhlükəli maye daşıyan nəqliyyat vasitələrinin sürücüləri bu məsələyə daha həssas yanaşmalıdırlar.
Mütəxəssislər ildırımlı hava şəraitində mümkün qədər təhlükəsiz ərazidə dayanmağı, avtomobilin pəncərələrini bağlı saxlamağı və metal hissələrə toxunmamağı tövsiyə edirlər.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












