Tıxaclarda stresi necə idarə etməli? - Psixoloqdan məsləhətlər

Böyük şəhərlərdə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş nəqliyyat sıxlıqları, xüsusilə iş və dərs saatlarına təsadüf edən tıxaclar, insanlarda yorğunluq və stresə səbəb olur. Bəzən bu tıxaclar saatlarla davam edir, nəticədə sürücülər və sərnişinlər həm vaxt, həm də əsəb baxımından ciddi çətinliklərlə üzləşirlər.
Bəs belə vəziyyətlərdə insanlar gərginliyi necə azaltmalı, əsəblərini necə sakitləşdirməlidirlər?
Avtosfer.az-ın məlumatına görə, bu barədə"Redaktor.az"a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, Bakı kimi böyük şəhərlərdə tıxaclar artıq həyatın ayrılmaz hissəsinə çevrilib.
"İnsanlar bu vəziyyətdə saatlarla yolda qalır ki, bu da həm psixoloji, həm də fiziki gərginliyə səbəb olur. Tıxac zamanı insan özünü nəzarətsiz hiss edir, harasa gecikir, planları pozulur və bu, beyində “təhlükə siqnalı” yaradır. Əslində, bu, stresə qarşı təbii reaksiyadır, amma bu reaksiyanı idarə etmək mümkündür. Əsas məqsəd diqqəti tıxacdan yayındırmaq və sakitləşdirici vərdişlər formalaşdırmaqdır. Məsələn, dərin nəfəs alıb vermək bədənin rahatlamasına kömək edir. Yüngül musiqi və ya audio kitab dinləmək beyni sakit rejimə salır. Qəbul etmə düşüncəsiylə, “mən bunu dəyişə bilmərəm, amma münasibətimi dəyişə bilərəm.” Kiçik təşəkkürlərlə öz-özünə “yaxşı ki, maşındayam, yağışda islanmadım” kimi pozitiv fikirlər tələffüz etmək də beyini sakitləşdirir".
Psixoloq əlavə etdi ki, tıxacda çox zaman insanlar emosiyalarını idarə edə bilməyib bir-birinə qarşı aqressiv davranırlar ki, bu da zəncirvari stres yaradır.
"Belə hallarda ən doğru addım susmaq, dərin nəfəs almaq və məsafə saxlamaqdır. Qarşı tərəfin davranışına cavab verməmək öz psixoloji üstünlüyümüzü qorumaq deməkdir. Səbr tıxacda deyil, gündəlik həyatda formalaşır. İnsan gün ərzində meditasiya, idman, sağlam yuxu və özünə zaman ayırmaqla daxili balansını möhkəmləndirir. Balanslı insan tıxacda da daha səbirli olur. Tıxaclar qaçılmazdır, amma stres qaçılmaz deyil. Biz bu anı sakitlik, düşünmə və ya sadəcə nəfəs alma imkanı kimi də görə bilərik", - deyə Zeynəb Əyyubova yekunlaşdırdı.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










