Toy etmək istəyənlər bu xəbəri izləsin – Yol polisinin dediyi oldu - VİDEO

Yollarda sıxlığın qarşısını almaq məqsədi ilə bir neçə ay əvvəl Baki şəhər Dövlət Yol Polis İdarəsi vətəndaşlara birinci Avropa Oyunları vaxtı toy etməmək tövsiyəsi olunmuşdu. Görünür, həm sakinlər, həm də restoran sahibləri bundan bir nəticə çıxarıb. Birinci Avropa Oyunlarının açılışı günü paytaxtdakı şadlıq saraylarında toy olmayacaq.
Avropa Oyunlarının açılış günündə, yəni 12 iyun tarixində Bakıda restoranlarda toy olmayacaq. Şadlıq saraylarında apardığımız sorğular belə göstərir.
Nizami və Binəqədi rayonları ərazisindəki, şadlıq evlərinin inzibatçıları həmin bəzi küçə və prospektlərin bağlı olması səbəbi ilə toy sifarişini qəbul etməyiblər.
İyunun 12-də toy etmək istəyənlər olsa da, şadlıq evləri qəbul etməyiblər. Açılışdan sonrakı bir neçə gündə bəzi restoranlarda toy var. İyun ayının 17-dən 18-ə keçən gecə Ramazan ayı başladığı üçün sonrakı günlərdə yenə toy ya yoxdur, ya da çox azdır.
Hələ iki ay əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən oyunların olduğu günlərdə toy etməmək barədə tövsiyə səsləndirilmişdi.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












