Toy karvanında məmur oğlundan özbaşınalıq; 9 nəfər saxlanıldı - VİDEO

Qazaxıstanın Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun oğlunun toyu zaman çəkilən görüntülər geniş rezonans doğurub. Avtosfer.az-ın sia-ya istinadən verdiyi məlumata görə, internetdə yayılan görüntülər toy karvanının yol hərəkət qaydalarını kobud şəkildə pozduğunu, nömrəsiz maşınların paytaxt Astana küçələri ilə arxa-arxaya hərəkətini və yolun qarşı tərəfinə çıxdığını əks etdirir. Məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun oğlunun toyundan çəkilən görüntülər Astananın mərkəzi Kunayev küçəsi ilə Turan prospekti arasındakı kəsişmədə çəkilib. Qazaxıstanın siyasi rəhbərliyi də fakta sərt reaksiya verib. Toy karvanındakı 9 nəfər saxlanılıb və onlar inzibati məsuliyyətə cəlb olunmaqla yanaşı, sürücülük hüququndan məhrum ediliblər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












