Toydan qayıdan qonaqların avtobusu yandı - FOTO

Zaqatalada toydan çıxıb evlərinə qayıdan adamları dayışan avtobusda yanğın olub. Avtosfer.az-ın məlumatına görə, Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, bu gecə saat 00:30 radələrində Zaqatala rayon sakini Teyub İbrahimovun idarə etdiyi, rayonun Qandax kəndi istiqamətində hərəkətdə olan, sərnişinlə dolu “LAZ” markalı, 62 BS 019 dövlət nömrə nişanlı sərnişin avtobusunda yanğın olub. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.
Yanğın zamanı avtobusda olan adamlardan xəsarət alan olmayıb. Məlumatda bildirilir ki, yanan sərnişin avtobusunda olan adamlar hamısı Qandax kənd sakinləridi. Onlar rayon mərkəzində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy məclisindən evlərinə qayıdırlarmış.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













