Utilizasiyaya verilən nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANDI - FOTO

"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq, köhnəlmiş və istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, ötən ilin oktyabr ayından başlayan utilizasiya prosesinə vətəndaşların böyük maraq göstərməsinin nəticəsində cəmi 11 ay ərzində 10 mindən çox nəqliyyat vasitəsi utilizatorlara təhvil verilib. Utilizasiyaya verilən 10.000-ci nəqliyyat vasitəsinin sahibi Elşən Hümbətov olub və nəqliyyat vasitəsinin təsdiqedici sənədi ona təqdim edilib.
Bu günə qədər utilizasiya edilmiş nəqliyyat vasitələrinin təsdiqedici sənədləri əsasında vətəndaşlar 589 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsini güzəştlə əldə etmiş. Eyni zamanda 803 min manatadək birdəfəlik ödəniş ərizəçilərin bank hesabına ödənilib.
Mövcud tələblərə əsasən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar www.nvu.gov.az portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi utilizatora təhvil verilməlidir.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunması könüllülük prinsipi əsasında aprılır və məcburi xarakter daşımır. Hazırda "Təmiz Şəhər" ASC tərəfindən reyestrdə qeydə alınmış 3 utilizator Bakı şəhəri, Abşeron rayonu və Gəncə şəhərində fəaliyyət göstərir.
![]()
![]()
![]()
![]()
![]()
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












