Vaqif Əsədov: Taksi sürücülərinə cərimə yazmırıq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər paytaxt ərazisində taksi sürücülərinin lisenziya olmadığına görə yol polisi tərəfindən cərimə olunması xəbərinə münasibət bildirib. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan hər hansı sürücüyə lisenziyaya görə inzibati protokol tərtib olunmayıb: «Hazırda lisenziya ilə bağlı prosedur hazırlanır. Yol polisi olaraq bildiririk ki, taksi fəaliyyəti ilə məşğul olanlar özlərini, avtomobillərini və müvafiq sənədlərini indidən hazırlasınlar. Yeni qaydalar təsdiqlənib yayılandan sonra müvafiq qaydada müraciət edib lisenziya alsınlar. Əks halda, yol polisi lisenziyasız fəaliyyət göstərən taksi sürücülərini cərimə edəcək».
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












