Volkswagen Bakıda ən müasir avtosalon və servis mərkəzi açdı - VİDEO - FOTO

Dünyanın ən böyük avtomobil markası olan Volkswagenin Azərbaycanda yeni mərkəzi fəaliyyətə başladı. Ən son texnalogiyalarla təchiz edilən bu mərkəz regionumuzda ilkdir.
Mərkəz tam olaraq beynəlxalq Volkswagen konsepsiyasına uyğun inşa edilib.

Burada ən son Volkswagen modelləri ilə tanış ola, yerindəcə bəyəndiyiniz avtomobilin qeydiyyatını apara bilərsiniz.
Volkswagen Azərbaycan Mərkəzi yeni konseptdə olan avtosalon və ona bitişik servis bölməsindən ibarətdir. Binanın layihəsi “Volkswagen Beynəlxalq Ekspertləri” tərəfindən hazırlanıb. Satış bölməsində digər avtomobillərlə yanaşı müştərilərə yenilənmiş “Volkswagen Polo” və “Volkswagen Passat” təqdim olunur.

Texniki servis bölməsi isə ən son texnalogiyalarla təchiz edilib. Burada müştərilər avtomobillərini ən son texniki imkanlarla təmir etdirə biləcəklər. Servisdə 12 ədəd qaldırıcı və 4D texnologiyalı təkər çəpliklərinin nizamlanması(razval) bölməsi, yalnız rəsmi servisə məxsus lisenziyalı diaqnostika proqramı, avtomobil işıqlarının tənzimlənməsi stendi və bu kimi yüksək imkanlar mövcuddur. Volkswagen Azərbaycan Mərkəzi işçilərinin də sağlamlığına böyük əhəmiyyət verir. İçəridə çalışanlar zəhərli qaz udmasın deyə ən son texnalogilara cavab verən havaçəkmə sistemi quraşdırılıb.
Onu da qeyd edək ki, yeni açılan bu mərkəzdə 10-larla işçi işlə təmin olunub.

Artıq müştəri avtomobilini servisə gətib çöldə saatlarla gözləməyəcək. Volkswagen Azərbaycan Mərkəzinə gələn müştərilər üçün rahat gözləmə zonası da fəaliyyət göstərir.
Yeni açılan bu mərkəz müştərilər üçün tam bir can rahatlığıdır. Çünki siz bura gələrkən avtomobilinizi servisə təhvil verirsiniz və gözləmə zonasında əyləşib çay-kofe içərkən bütün təmir prosesini servisin hər bölməsində quraşdırılan 360 dərəcəli kamera sistemi ilə izləyirsiz.
Volkswagen Azərbaycan Mərkəzinin yeni ünvanı Bakıda Nəcəfqulu Rəfiyev küçəsi 29-da, Xətai metrosu və Bravo Xətai filialının arasında yerləşir. Mərkəz hər gün xidmətinizdədir.
Aysel
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!






























