Volkswagen Jetta GLI Blue Lagoon konseptini nümayiş etdirib

Avtoxəbər 25 Fevral 2021 19:20 Oxunub 1500
Volkswagen Jetta GLI Blue Lagoon konseptini nümayiş etdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Volkswagen şirkəti hər zaman marka həvəskarları ilə sıx əlaqədədir. Alman istehsalçısı hər il həvəskarların ehtiyaclarını qarşılayan bir neçə konsepti hazırlayır. Bu il isə, almanlar ənənəni pozaraq konseptləri ayrı ayrılıqda təqdim etməq qərarına gəlib.

İlkin olaraq, marka fanatlarına Jetta GLI Blue Lagoon konseptini nümayiş etdirib. 2021-ci model ilinin Volkswagen Jetta GLI sedanına əsaslanan və retro üslubunda dizayna malik olan, dördüncü nəsil Jetta GLI modelinin boyandığı unikal Blue Lagoon rənginə həsr olunub.

2002-ci ildə Volkswagen şirkəti 1500 nüsxəlik məhdud saylı tirajla buraxılan xüsusi GTI 337 modelini təqdim edib. Avtomobil 18-düymlük BBS RC təkər diskləri, Recaro oturacaqları və Votex kuzov dəsti ilə təchiz olunmuşdu - bütün bunlar GLI modelinin növbəti nəslini hazırlamaq üçün ilham mənbəyi olmuşdu. 2004-cü ildə debüt edən dördüncü nəsil Jetta GLI modeli unikal Blue Lagoon rəngində boyanmışdı. Lakin, qısa zamanda bu rəng Jazz Blue adlı tünd çalar ilə əvəz olundu.

2021-ci ildə alman istehsalçısı Deep Black Pearl rənginə boyanmış Jetta GLI Autobahn modelini hazırlayıb. Lakin, sonradan ORAFOL Midnight Blue Metallic vinilindən istifadə edərək avtomobilin rəngini dəyişiblər. Odur ki, avtomobilin orijinal rəngdən əsər-əlamət qalmayıb.

Əlbəttə ki, dəyişikliklər avtomobilin zahiri görkəmi ilə məhdudlaşmır. GLI Blue Lagoon konsepti Air Design yan ətəklərinə, Fifteen52 Critical Aero Design (CAD) spoyler və ön splitterinə sahib olub. Retro üslubunda dizayna malik olan 20-düymlük BBS CH-R təkər disklərini, 235/35Z R20XL 90Y ölçülü Continental ExtremeContact Sport şinlərini əldə edib. H&R Springs Street Performance asqısı sayəsində avtomobilin kuzovu aşağı salınıb.

Avtomobilin salonunda, 1990-cı illərdən gəlmiş kimi görünən Recaro Ergomed ES dəri ön oturacaqları da daxil olmaqla bəzi retro elementlər mövcuddur. Bundan başqa, Black Forest Industries qolf topuna bənzəyən başlığı olan ötürmələr qutusunun dəstəyi orijinal GTI modelinə işarədir.

Avtomobilin texniki hissəsi standart Jetta GLI modeli ilə eynidir. Xatırladaq ki, seriya modeli 238 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərriki, altı pilləli mexaniki və ya yeddi pilləli iki muftalı DSG “robotu” ilə təchiz edilir. Ötürmə - ön oxadır.

Qeyd etmək gərəkdir ki, Jetta GLI Blue Lagoon sadəcə bir konseptdir və bu layihədə istifadə olunmuş elementlərdən heç biri seriya GLI modelində təklif edilməyəcəkdir. Böyük ehtimalla, konseptin əsas təyinatı Volkswagen tədbirlərində fanatları əyləndirməkdir./autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh