"Volkswagen" mənfəətini artırır
Avtoxəbər
6 May 2021 20:00

Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen Group”un mənfəəti bu ilin birinci rübündə 3,4 milyard avroya çatıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,6 dəfə çoxdur.
Avtosfer.az “Prime”a istinadən xəbər verir ki, şirkətin hesabatına görə, həmin dövr ərzində əməliyyat mənfəəti 4,81 milyard avro, yəni səhmbaşı 6,51 avro təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5 dəfə artıqdır.
Qarşıdakı dövrdə bazardakı mürəkkəb vəziyyətə, rəqabətin artmasına baxmayaraq satışların daha da artacağı güman edilir.
Xatırladaq ki, "Volkswagen Group" "Volkswagen", "Audi", "Skoda", "Seat" markalarını, həmçinin "Lamborghini", "Bentley", "Bugatti" kimi məşhur luks brendlərini ehtiva edir. Bununla yanaşı, "Volkswagen Commercial Vehicles" və "Scania" markaları ilə yük maşınları da istehsal olunur.
Oxunub : 1546
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
12 Oktyabr 2026 15:36
Azərbaycanda avtomobillər bahalaşdı
11 Oktyabr 2026 19:47
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
10 Oktyabr 2026 13:45
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
9 Oktyabr 2026 21:12
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
9 Oktyabr 2026 15:26
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
ŞƏRH YAZ












