“Volkswagen”in elektromobil nəqliyyat ailəsinin yeni üzvü: “ID. 2all” - FOTO

Elektromobil hərəkət hücumunu uğurla davam etdirən “Volkswagen”, Avropa üzrə satış qiyməti 25 min avrodan az olacaq “ID. 2all”u təqdim etdi.
Avtosfer.az xəbər verir ki, “Volkswagen”i gerçək bir “Love Mark” etmək məqsədiylə sürətli və təməldən dəyişim içində olduqalarını söyləyən markanın CEO-su Thomas Schafer, “ID. 2all”u müştərilərinə mükəmməl texnologiya ilə çatdırmaq istədiklərini və prosesin başa çatması üçün sürətlə işlədiklərini bildirdi.
“ID. 2all”, Volkswagen qrupunun Modul elektromobil platformunun (MEB) ən son versiyası üzərindən inkişaf etdiyini qeyd edən Texniki İnkişaf üzrə İdarə Heyətinin üzvü - Kai Grünitz isə modelin MEB Entry platformasının təmin etdiyi çeviklik texnologiyası və günlük istifadə baxımından yeni stantartlarının olacağını vurğulayıb.
Bundan başqa inkişaf etmiş MEB Entry platforması modelə yeni batareya və şarj texnologiyasıyla effektiv sürmə bacarığı gətirəcək. Belə ki, 166 kW/226 PS gücə sahib elektrik mühərrikli model, 450 kilometrə qədər məsafəyə gedə biləcək.
İlk olaraq Golf modeli üçün təkminləşdirilmiş C sütunu dizaynı “ID. 2all”da da yer alır.
Geniş, yüksək keyfiyyətli və asan istifadəni özündə cəmləyən modelin yeni iç dizaynı tam formada özünü göstərir. Keyfiyyətli görüntü, rahatlıqla istifadə edilə bilən məlumat-əyləncə sistemi və ayrı kondisioner bölməsi ilə təchiz olunmuş “ID. 2all”un baqaj həcmi yüksək sinif modellərdə olan üstünlükləri aşır.
Qeyd edək ki, marka, modeli 2025-ci ildə alıcılara təqdim etməyi planlayır.
Nərmin Əkbər
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır















