"Volvo"dan yenilik: 25 il sonra bərpa edilən ənənə - FOTOLAR

Volvo şirkəti elektromobil sahəsinə diqqəti artırır. Bu da tam təbii qarşılanmalıdır. Çünki avtomobilin istehsal edildiyi İsveçdə elektromobil satışı ənənəvi modelləri dəfələrlə üstələyib. Ekspertlərtin qənaətinə görə, Volvo da daxili yanma mühərriki ilə vidalaşmaq üçün 2035-ci ili gözləməyəcək.
Avtosfer.az xəbər verir ki, şirkət bu yaxınlarda XC40 modelini yeniləyib. Yeni modeldə güc artımı ilə yanaşı elektromobilllər üçün spesifik olmayan detal da əks olunub. Kupe və krossover versiyalarında buraxılan avtomobildə arxa ötürmə tətbiq olunub. Bu da məhz klassik modellərdə rast gəlinir.
1998-ci ildə 940 modelinin istehsalını dayandırdıqdan sonra şirkətin avtomobillərində arxa ötürmə də tarixə qovuşdu. Lakin bu addım pərəstişkarların ürəyincə olmadı. Hətta rəqiblər belə etiraf edirdilər ki, ən səssiz arxa körpü məhz Volvodadır.
Nəhayət, 25 il sonra ənənə bərpa edildi. XC40 modelində tam intiqalla yanaşı, arxa intiqallı versiya da mövcuddur. Bu da hibrid və elektromobillər üçün nadir tətbiqlərdəndir.
Hələlik Avropa üçün nəzərdə tutulan model bir dolumla 500 kilometrdən çox yol qət edə bilir. Mühərrik seçimi modeldən asılı olaraq 238 – 450 at gücü arasında dəyişir. Avtomobilin satış qiyməti Avropa İttifaqında 48000 – 65 000 avro aralığındadır.
Avropanın qabaqcıl avtomobil saytlarının qənaətinə görə, Volvo texniki və qiymət parametrlərinə görə Tesla ilə rəqabətdədir.
Vüqar
Fransızlara kələk gələn erməni avtomobil dələduzları hakim qarşısında - FOTO
Dubayın lüks avtomobil bazarı canlanır
Avtomobil kondisionerləri ilə bağlı ciddi səhv - FOTO
Elektromobilin əsas nasazlığının həlli tapıldı
Maşın almaq istəyənlərin nəzərinə! - Vəziyyət dəyişir
Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Akkumulyatoru necə düzgün çıxarmalı? - FOTO
Radiatoru korroziyadan necə qorumaq olar? - FOTO
Avtomobillərə maraq niyə azalıb? - Maşın bazarında durğunluq - VİDEO
Avtomobil bazarı saxta detalların əsirinə çevrilib? – ""Zirzəmi malları"orijinal adı ilə satılır"
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır - FOTO











