Vyanada azərbaycanlı alimin maşınına kilid vurdular: ŞOK cərimə – FOTO

Dünən Vyanada ATƏT-in tədbirində iştirak edən azərbaycanlı hüquq müdafiəçisi, gənc alim Əhməd Şahidovun avtomobili polislər tərəfindən həbs olunub. Daha doğrusu, Əhməd Şahidov parkinq pulunu ödəmədiyi üçün avtomobilin təkərlərinə kilid vurulub. Ə.Şahidov Avtosfer.az-a hadisəni belə izah edib: «Avtomobilimi yolun kənarında park edib tədbirə getdim. Maşınlar harada dayanırsa, mən də orada saxlamışdım. Beş saatdan sonra qayıtdım ki, maşını kilidləyib polislər, yəni, həbs ediblər. Birtəhər polis idarəsini tapıb cəriməni ödəyib maşını götürə bildim. Cəriməni isə soruşmayın heç... 570 avro. Məlum oldu ki, həmin yerdə maşın saxlamaq olar. Sadəcə, mənim parkinqin pulunu ödəməyi unutmuşam. Vyanada öz evinin qabağında da maşın saxladınsa, ödəniş edirsən. Saatı 2 avro. Verməyəndə isə cərimə edirlər, arxasına 3 dənə sıfır qoyurlar, olur, 2 min avro. Büdcəni bu yolla doldururlar».
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













