Xanım deputatdan yaşlı sürücülərlə bağlı sərt təklif

Bu gün Milli Məclisdə «Yol hərəkəti» haqqında qanuna əlavələr və dəyişikliklərlə bağlı məsələnin müzakirəsi zamanı çıxış edən deputat Leyla Abdullayeva maraqlı məsələyə toxunub. Avtosfer.az-ın məlumatına görə, yol hərəkəti təhlükəsizliyi və avtomobil yollarından istifadə ilə bağlı fikirlərini dilə gətirən deputat bildirib ki, Azərbaycanda sürücülük hüququ ilə bağlı bizdə maksimum yaş həddi qanunda müəyyən edilməyib: «Bu yaxında mətbuatda da yazıldı, bir neçə hadisə baş vermişdi və yaşlı adamlar avtoqəza törətmişdilər. Hamımıza məlumdur ki, avtoqəzaların sayı da artmaqdadır. Bu baxımdan, təklif edərdim ki, yaşlı sürücələrlə bağlı yaş maksimumunun müəyyən edilməsi variantı bir variant kimi nəzərdən keçirilsin».
Deputat bildirib ki, bu yaxınlarda yaşı 80-a çatmış bir sürücü Bakı-Sumqayıt yolunda qəza törədib: «Bu yaşda olan insanların ümumiyyətlə, avtomobil idarə etməsi nə qədər məqsədəuyğundur? Bunu araşdırmaq lazımdır. Məlumdur ki, müəyyən yaşdan sonra insanlarda fizioloji proseslər gedir, diqqət zəifləyir, eşitmə və görmə qabiliyyəti aşağı düşür. Reaksiya hissləri də zəifləyərək insanların dəqiq və operativ qərarlar verməsini xeyli çətinləşdirir. Bu baxımdan, bu məsələyə baxılmasıı təklif edərdim».
Avtosfer.az bildirir ki, Azərbaycanda yaşlı insanların sürücülük hüquqi yaş həddi ilə deyil, sağlamlıq imkanları ilə məhdudlaşdırılır. Yəni, hətta 90 yaşında insanın sağlamlığı qaydasındadırsa, tibbi arayış təqdim etməklə DYP-dən 2 illik qüvvəsi olan sürücülük vəsiqəsi ala bilər. Sağlamlıq problemi olanların sürücülük hüquqi isə dərhal məhdudlaşdırılır.
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










