Xanım sərnişini təhqir edən taksi sürücüsü cəzalandırıldı – 10 gün həbs

Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlərə yol verərərk onu təhqir edən taksi sürücüsü cəzalandırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə xanım sərnişin Könül Əliyeva daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova yazdığı təşəkkür müraciətində bildirib. Xanım qeyd edib ki, yanvarın 23-də, Binəqədi rayonu, Naxçıvani küçəsində taksi sifariş verib. Lakin sürücü yolda hərəkət zamanı onu təhqir edib. Könül Əliyeva bu barədə Binəqədi rayonu Polis İdarəsinin 5-ci polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra qısa zaman ərzində həmin sürücü saxlanılıb. Toplanmış materiallar məhkəməyə göndərilib və taksi sürücüsünə 10 gün müddətinə inzibati qaydada həbs cəzası verilib.
Bu cür operativ reaksiyaya görə vətəndaş Könül Əliyeva başda nazir Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarına təşəkkür edib: “Bir daha əmin oldum ki, Azərbaycan polis hər bir vətəndaşın keşiyindədir”.
Elmin
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın












