Xaricdən gətirmək üçün ən sərfəli avtomobil

Azərbaycana xaricdən gətirilən avtomobillər arasında ən sərfəlisi elektrik avtomobilləridir. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, elektriklə işləyən maşınları idxalı zamanı gömrük rüsumları adi avtomobillərdən xeyli ucuz olur. Qeyd edək ki, hazırda Azərbaycanda elektriklə işləyən avtomobillərin sayı artmaqdadır. Dövlət Gömrük Komitəsindən fins.az-a verilən məlumata görə, belə avtomobillərin idxalı zamanı gösrük rüsumları adi avtomobillərdən fərqli qaydada hessablanır.
Belə ki, adi avtomobilləri ölkəyə gətirəndə 18% ƏDV, mühərrikin işçi həcminə görə gömrük rüsumu, eləcə də, yenə də mühərrikin həcminə görə hesablanan aksiz vergisi tutulur.
Elektriklə işləyən avtombillərdə isə daxili yanma mühərriki yoxdur və maşın elektrik mühərriki ilə işləyir. Ona görə də, adi avtomobillərdə tutulan vergilərin bəziləri elektromobillərə tətbiq olunmur.
Belə ki, bu zaman mühərrikin həcminə görə gömrük rüsumu və aksiz vergisi hesablanmır. Əvəzində ƏDV tutulur. DGK-dən verilən məlumata görə, elektriklə işləyən avtomobilləri ölkəyə gətirən zaman vergi və rüsumlar onların gömrük dəyərindən 15-18% arasında hesablanır. Amma bunun üçün avtomobilin qiymətini təsliqləyən orijinal faktura olmalıdır, əgər avtomobili gətirən hüquqi şəxsdirsə, avtomobilin alqı-satqısı barədə müqaviləni də təqdim etməlidir. Müqavilədə avtomobilin alış qiyməti əksini tapmalıdır.
Elektromobillərin adxalı zamanı tutulan gömrük rüsumlarının adi avtomobillərdən nə qədər fərqləndiyini misalla göstərək.
Almaniyadan mühərrikinin həcmi 2,5 litr, gömrük dəyəri isə 12 min dollar olan avtomobilin idxalı üçün gömrük vergi və rüsumları təqriğən 6 min manat təşkil edirsə, qiyməti 12 min dollar olan elektromobil üçün verg və rüsumları maksimum 2300 manat olacaq. Avtomobillərin gömrük dəyərindən və mühərrikingücündən asılı olaraq rüsumların məbləğindəki fərq də artacaq.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










