Xaricdən maşın gətirənlərin nəzərinə — Dəyişiklik gözlənilir

Ölkəyə gətirilən malların, xüsusilə avtomobillərin gömrük dəyərinin müəyyən edilməsində vətəndaşların rastlaşdığı subyektiv yanaşma və artıq rüsum ödənişi problemi tezliklə aradan qaldırıla bilər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin irəli sürdüyü təklifə əsasən, qiymət təyini prosesi gömrük məmurlarından alınaraq müstəqil və sertifikatlı ekspertlərə həvalə olunmalıdır. Bu dəyişiklik reallaşarsa, idxal olunan məhsulun rüsumu məmurun qərarı ilə deyil, bazar reallıqlarını əks etdirən rəsmi ekspert rəyi əsasında hesablanacaq ki, bu da həm şəffaflığı artıracaq, həm də vətəndaşların əsassız xərclərdən xilas olmasına şərait yaradacaq.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Orxan Əli Demokrat.az-a bildirib ki, hazırda ölkəyə idxal olunan məhsulların qiymətləndirilməsi prosesində ciddi boşluqlar mövcuddur:
“Qiymətləndirmə prosesi qanunvericiliyin tələblərinə tam uyğun şəkildə aparılmalıdır. Qəbul edilmiş qanunvericilik tələb edir ki, qiymətləndirmə yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlardan müsbət nəticə əldə etmiş və müvafiq sahə üzrə sertifikata malik qiymətləndiricilər tərəfindən həyata keçirilsin. Lakin təəssüf ki, bir çox hallarda bu tələblərə praktikada əməl edilmir.
Məsələn, vətəndaş ölkəyə avtomobil idxal etdikdə, sənədləşmə zamanı qiymətləndirmə prosesini həmin yerdə əyləşən məmur aparır”.
O deyib ki, qiymətləndirmənin əsas kimi bazar qiymətinə söykənməsi isə əksər hallarda obyektiv olmur:
“Nəticədə vətəndaşlar əsassız şəkildə yüksək məbləğdə rüsum ödəməyə məcbur qalırlar. Bu məsələnin həlli üçün qanunvericiliyin tələblərinə uyğun konkret addımlar atılmalıdır. Dövlət Gömrük Komitəsi qiymətləndirmə şirkətləri və ya sertifikatlı qiymətləndiricilərlə müqavilə əsasında əməkdaşlıq edə bilər. Bu halda qiymətləndirmə müstəqil şəkildə aparılar və vətəndaşlarda narazılıq yaranmaz. Eyni zamanda bu yanaşma Gömrük Komitəsi üçün də məqsədəuyğundur. Həm əlavə iş yükü azalır, həm qanunvericiliyin tələbləri yerinə yetirilir, həm də ictimai narazılığın qarşısı alınır”.
Orxan Əli əlavə edib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bu istiqamətdə müvafiq təkliflər hazırlayıb.
Yəni, indiki sistemdə gömrükdəki əməkdaş sizin 5000 dollara aldığınız maşına öz bazasındakı rəqəmlərlə baxıb “bunun qiyməti 7000-dir” deyə bilər və siz daha yüksək rüsum ödəməli olarsınız. Yeni sistemdə isə qiyməti məmur yox, lisenziyalı, müstəqil ekspert təyin edəcək.
Qanun təsdiqləndi - Duracağa gətirilən maşına görə ödəniş dərhal edilməlidir
Test zamanı avtomobillərin kamuflyaj edilməsinin SƏBƏBLƏRİ
Çin maşınları ucuzlaşır: Qiymətlər nə qədər düşəcək?
Çökən yollar, zədələnən avtomobillər: məsuliyyət kimdədir?
Avtomobil sahiblərinə XƏBƏRDARLIQ: Şinlər BAHALAŞACAQ
"Tesla" bu funksiyanı söndürdü
Yağdəyişmə: vakuumla edək, yoxsa ənənəvi qaydada? - FOTO
Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?
Yeni elektrik avtomobili “Tesla” ilə rəqabət aparacaq - “Ford”dan ANONS
Nəqliyyat sektorunda yeni ERA BAŞLAYIR: QƏRARLAR qəbul edilib - VİDEO
BMW Çin elektrik avtomobilləri alıcılarına xəbərdarlıq etdi - "Kompromislər qaçılmazdır










