Xarici turistlərin sürücülük vəsiqələrini dəyişdirməsinə qadağa qoyuldu

Yaponiyanın Milli Polis Agentliyi xaricdə alınmış sürücülük vəsiqələrinin yapon lisenziyasına çevrilməsi sisteminə yenidən baxmağı planlaşdırır. Avtosfer.az xəbər verir ki, yenidən işlənmiş qaydalara əsasən, əcnəbi turistlərə və digər qısamüddətli ziyarətçilərə sahib olduqları sürücülük vəsiqələrinin Yaponiya vəsiqəsinə çevirməyə icazə verilməyəcək. Yaponiya parlamentinin deputatları hesab edirlər ki, daha asan formada imtahan verərək sürücülük vəsiqəsi alan və uzunmüddətli yaşayış qeydiyyatı olmayan əcnəbilər yol-nəqliyyat hadisəsi törətdikdə, hüquq-mühafizə orqanlarının məsələni araşdırmasında çətinliklər yaranır. Qüvvədə olan qaydalara görə əcnəbi turistlər Yaponiyada avtomobil sürmək hüququnu əldə etmək üçün bilik və bacarıqlarını təsdiq edən sertifikat təqdim etməlidirlər. Keçən il təxminən 68 min əcnəbi Yaponiyada sürücülük vəsiqəsi alıb ki, bu, rekord göstərici olub. Oktyabrın 1-də qüvvəyə minməsi gözlənilən yeni qaydalara əsasən, Yaponiyada avtomobil idarə etmək istəyən xarici turistlərdən Yol Hərəkəti üzrə Cenevrə Konvensiyasına əsaslanan beynəlxalq sürücülük vəsiqəsi tələb olunacaq. Bundan başqa, əcnəbilər yol hərəkəti qaydaları üzrə biliklərin təsdiqi üçün imtahanda 50 sualın ən azı 90 faizinə düzgün cavab veriməlidirlər. Sürücülük vərdişlərini təsdiqləmək üçün praktiki imtahan ballarının verilməsi də sərtləşdiriləcək ("Azərtac").
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












