Xoruldayan «Porsche», 60 yaşlı sərxoş sürücü və biabırçılıq - REYDDƏN VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi paytaxt yollarında reydlərə başlayıb. Keçirilən növbəti reyd yüksək sürət, görünüşü məhdudlaşdıran pərdə və plyonkalar, maşına edilən dəyişikliklər və qayda pozan sürücülərə qarşı idi. Tədbir payaxtın Neftçilər prospektində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik maşının yol polisləri tərəfindən izlənməsi ilə başlayıb. Polisin “saxla” əmirinə tabe olmayan sürücü hətta bir neçə dəfə qəza şəraiti də yaradıb. Onun bütün hərəkətləri isə müşahidə kameraları tərəfindən qeydə alınıb.
Amma yol polislərinin hazırladığı süni tıxaca düşən “Mercedes”-in sürücüsü sonda açarları təhvil verməli oldu.
YPX-nin inspektoru Feyzulla Bağırov sürücünün Hövsan yolunda saxlanılıdığını bildirib. Saxlanılandan sonra məlum olub ki, “Mercedes” markalı avtomobilin sürücüsü sərxoşdur.
Gəncə və Nobel prospektində keçirilən reyd zamanı saxlanılan 60 yaşlı ağsaqqalın da sükan arxasına içkili əyləşdiyi məlum olub. Əməlindən utanan sürücü özünü biabır etdiyini deyib.
Bir neçə sürücü isə maşını müddəti bitmiş tranzit nömrə ilə idarə etdiyi üçün cərimələnib.
Yol Patrul Xidməti maşınının köməyi ilə Rəşid Behbudov küçəsində hərəkətiz hala gətirilən “Porsche” maraklı maşın isə, xüsusi səs gücləndirici ilə təmin edildiyi üçün reyd zamanı cərimələnənlər sırasına düşüb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Vaqif Əsədovun sözlərinə görə, reyd zamanı 3 tibbi müayinə mərkəzində 60-dan çox avtomobili sərxoş halda idarə edən sürücü aşkarlanıb. Onlar məsuliyyətə cəlb ediləəcklər.
Ümumiyyətlə reyd zamanı hər 5 sürücüdən birinin sərxoş olduğu müəyyən olunub.
İndi seçim sürücülərindir, ya qayda pozub cərimə olunacaqlar, ya da bütün lazımi tədbirlər görüləcək ki, yol polisinin hədəfinə tuş gəlməsinlər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı













