Yanacaq qıtlığı ilə əlaqədar avtomobildən istifadə məhdudlaşdırılır - SƏBƏB

Cənubi Koreya Yaxın Şərqdə davam edən gərginlik fonunda neft tədarükünün pozulmasına cavab olaraq dövlət avtomobillərinin istifadəsini məhdudlaşdırır.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, İqlim, Enerji və Ətraf Mühit Nazirliyi enerjiyə qənaət məqsədilə martın 25-dən dövlət qurumlarının avtomobilləri üçün məcburi beşgünlük rotasiya sistemini ciddi şəkildə tətbiq edəcək. Bu sistemə əsasən avtomobillər dövlət nömrə nişanlarının son rəqəminə görə 5 qrupa bölünür və hər qrup üzrə avtomobillərin müəyyən edilmiş iş günündə istifadəsi qadağan edilir. Rotasiya sisteminə əməl etməyən dövlət qurumlarına qarşı cəzalar tətbiq olunacaq. Elektromobilllər və hidrogenli nəqliyyat vasitələri bu cür məhdudiyyətlərdən azaddır.
Nazirliyin hesablamalarına görə, rotasiya sistemi təxminən 1,5 milyon nəqliyyat vasitəsini əhatə edəcək və hər gün təxminən 3 min barel xam neftə qənaət etməyə imkan verəcək. Hökumət xam neft təchizatı ilə bağlı artan qeyri-müəyyənliklər fonunda özəl sektora rotasiya sisteminə könüllü qoşulmağı məsləhət görüb. Amma neft təchizatı üçün 3-cü səviyyəli milli resurs böhranı xəbərdarlığı verilərsə, sistem özəl sektor üçün də məcburi olacaq.
Hökumət mümkün enerji qıtlığı ilə mübarizə tədbirləri çərçivəsində ən çox neft istehlak edən 50 şirkətdən enerjiyə qənaət planları hazırlamağı və enerji istehlakının azaldılması hədəflərinə çatanlara stimul verməyi xahiş edib. Eyni zamanda, dövlət qurumlarını və böyük korporasiyaları effektiv enerji istehlakı üçün iş saatlarını müvəqqəti olaraq tənzimləməyə çağırıb.
Qeyd edək ki, Cənubi Koreyanın gündəlik xam neft istehlakı təxminən 2,8 milyon barel təşkil edir ki, bunun da təxminən yarısı nəqliyyat üçün istifadə olunur. Cənubi Koreya sonuncu dəfə Körfəz müharibəsinin yaratdığı neft təchizatı böhranına cavab olaraq 1991-ci ildə özəl sektor üçün nəqliyyat vasitələrinin məcburi rotasiya sistemini tətbiq edib.
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO












