Yanacaq sərfiyyatı niyə artır?

Avtomobil sürən şəxsləri maraqlandıran əsas məqamlardan biri yanacaq sərfiyyatıdır. Bəzi sürücülər yanacaq sərfiyyatı az olan avtomobillərə üstünlük versələr də, bəzi sürücülər üçün önəmli olan onun yanacaq sərfiyyatı yox, sürüş həzzidir.
Ümumilikdə avtomobilin yanacaq sərfiyyatına təsir edən müxtəlif amillər var. Bunlara aqressiv sürüş tərzi, küləyə qarşı müqavimət, təkərlərin havası, tıxac, hava şəraiti və başqaları aiddir. Lakin, bəzən sürücülər yanacaq sərfiyyatında hər zamankından fərqli olaraq ciddi şəkildə artım hiss edirlər. Bunun əsas səbəbi aşağıdakılardır.
- Təkərlərin havasının az olması
- Alışdırma şamlarının köhnəlməsi
- Hava filtrinin, oksigen sensorunun kirlənməsi
- Mühərrikin yağdəyişmə intervalının gecikdirilməsi
- Sürətlər qutusunun işində nasazlıqların yaranması
- Əyləc sisteminin nizamının düzgün aparılmaması
- Təkərlər arasındakı bucağın düzgün seçilməməsi
Bundan əlavə havaların soyuq keçməsi də müəyyən qədər yanacaq sərfiyyatına təsir edir. Belə ki, soyuq havalar yağın axıcılıq qabiliyyətinə təsir etdiyi üçün mühərrikdə sürtünmə artır. Bu da mühərrik qızana qədər yanacaq sərfiyyatına mənfi təsir edir.
Bəs yanacaq sərfiyyatını necə azaltmaq olar?
- ani sürətlənmələrdən və ani tormozlamadan qaçın
- aqressiv sürüş tərzini dəyişin
- kondisionerdən ancaq ehtiyac olduqda istifadə edin
- avtomobilinizdəki əlavə yüklərdən qurtulun
- hərəkətsiz anlarda mühərrikinizi söndürün
- sürətlər qutusunda düzgün pilləni seçin
- avtomobilə vaxtı-vaxtında qulluq edin
- yüksək keyfiyyətli və avtomobiliniz üçün nəzərdə tutulmuş yanacaqdan istifadə edin
Bundan başqa mühərrik həcmi yanacaq sərfiyyatına təsir edən əsas amillərdən biridir. Belə ki, şəhərdaxili qısa məsafələrdə iri mühərrikli avtomobillər daha çox yanacaq sərf edir. Uzun yollarda isə az mühərrikli avtomobillər...
(milli.az)
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












