Yanacaqdoldurma məntəqələrində satılan benzin keyfiyyətsiz olduğu - Rəsmən təsdiqləndi

“Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı ötən il ərzində 36 yanacaqdoldurma stansiyasında monitorinq aparılıb. Bu məntəqələrin əksəriyyətində kənarlaşmalar müşahidə olunub və vətəndaşlar tərəfindən daxil olan şikayətlər öz təsdiqini tapıb”. Avtosfer.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda “Ai-92” markalı benzinin keyfiyyəti ilə bağlı şikayətlərə dair sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, hazırda əldə olunan məlumatlar tədqiq edilir: “Tərəfimizdən tədbirlər planı hazırlanır və yaxın vaxtda ictimaiyyətə məlumat veriləcək”.
Xidmət rəsmisi həmçinin əlavə edib ki, yanacağın keyfiyyətində problemlər var: “Hazırda yanacağın keyfiyyəti ilə əlaqədar standart hazırlanır. Burada yanacağın istehsalından istehlakçıya təqdim olunmasına qədər olan bütün proses nəzərdə tutulur. Hazırda standartla bağlı məsələ razılaşdırmanın son mərhələsindədir və ümid edirik ki, tətbiqindən sonra bu problemlər aradan qalxacaq”.
Xatırladaq ki, Azərbaycanda “Ai-92” markalı benzinin satış qiyməti Tarif Şurasının 2021-ci il 4 yanvar tarixli qərarı ilə artırılıb. Həmin qərarla “Ai-92”nin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bildirilib ki, bu addım ölkədə istehsal edilən mühərrik yanacağının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə atılır.
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı










