Yapon yük maşını Azərbaycanda yığılacaq

Yaponiyanın “Isuzu Commercial Truck” şirkəti Azərbaycanda “İsuzu” markalı yük avtomobillərinin komplektlər əsasında yığılmasına başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə fins-ə “İsuzu” avtomobillərinin rəsmi satış nümayəndəliyi olan “azauto” şirkətindən bildirilib. Şirkətin əməkdaşı Fərəc Quliyev yapon şirkətinin Azərbaycanda il ərzində 500 yük avtomobili yığmağı hədəflədiyini deyir.
Onun sözlərinə görə, hələlik yığım sınaq rejimində aparılır: “Bu tam yığılma deyil. Belə ki, yalnız kabina, şassi və təkərlər Yaponiyadan gətirilərək burada yığılır. Hazırda “İsuzu”nun Azərbaycanda zavodunun Xırdalan şəhərində tikintisi gedir. Gələn ilin ortalarından normal istehsala başlanacaq. Yük maşınlarının burada yığılması onun qiymətini aşağı salacaq”.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












