Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir

Honda şirkəti “Civic Si” və “Acura Integra A-Spec” modellərinin altıpilləli mexaniki transmissiya ilə istehsalını 2026-cı ildən sonra dayandıracaq. Bununla belə, sözügedən avtomobillər yenidən istehsala qaytarılacaq.
Avtosfer.az xəbər verir ki, şirkət mexaniki ötürməyə marağın azaldığını bildirsə də, belə avtomobillərin istehsalını məntiqsiz saymır.
İstehsalın müvəqqəti dayandırılmasına səbəb sertifikatlaşdırma ilə bağlıdır. 2027-ci ildən sonra isə modellər yenidən istehsla qaytarılacaq.
Yaponiyalı istehsalçının bu transmissiyadan imtina etməməsinin səbəbi də məlumdur. 2025-ci ildə “Acura” modelinin satışlarının 22 faizi belə ötürmə ilə həyata keçirilib.
Bu da göstərir ki, mexaniki sürətlər qutusu həvəskarları təzə avtomobilləri azı 2030-cu ilədək əldə edə biləcəklər.
Bir faktı da xatırladaq ki, yaponiyalıların mexaniki transmissiya və daxiliyanma mühərrikinə münasibəti avropalılardan fərqlənir. Gündoğar ölkənin istehsalçıları bəşəriyyətin hər 2 icadının hələ yaxın 50 ildə tarixə qovuşmayacağı qənaətindədirlər və inzibati yolla dəyişikliyi məqbul saymırlar.
Vüqar
Ən çox əməkdaşı olan avtomobil şirkətləri
"Toyota" başqa markalara mühərrik satacaq
Azərbaycanda elektromobillərin yayılmasına mane olan əsas problem nədir? – ARAŞDIRMA
Alıcılara MÜJDƏ – BYD ucuzlaşdı
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA












