Yasa gedənlər qəzaya düşdü - Yaralılar var- FOTOLAR

Göyçayda yas mərasiminə gedənlər qəzaya düşüb. Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə axşam Bakı-Şamaxı-Yevlax magistral yolunun 200 km-də, rayonun Qarayazı kəndi ərazisində baş verib. Bakı istiqamətində hərəkətdə olan Kəlbəcər rayon sakini 1977-ci il təvəllüdlü Abdinov İsa Abdin oğlunun idarə etdiyi minik maşını yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini Sumqayıt şəhər sakini 1993-cü il təvəllüdlü Kazımov Ramin Kazım oğlu müxtəlif dərəcəli bədən xasarəti alıb. Xəstələr dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan yaralıların vəziyyəti orta ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














