Yasamalda təmir olunan küçə yeni görkəm aldı - FOTO + VİDEO

Uzun müddətdir ki, yolun hərəkət hissəsi sıradan çıxmış Yasamal rayonu Əhməd Cəmil küçəsinin bir hissəsi təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən yolun ümumi uzunluğu 1200, ortalama eni isə 12 metrdir.
Təmir-tikinti işləri yolun Bəxtiyar Vahabzadə və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasındakı olan hissəsində, 520 metrlik ərazidə aparılıb. Burda köhnə asfalt-beton örtüyünün üst qatı yeni örtüklə əvəzlənib. Sözügedən ərazinin təqribən 6500 kvadrat metrlik hissəsinə yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa Əhməd Cəmil küçəsində köhnə səki daşlarının sökülərək yeniləri ilə əvəzlənir. Bura ümumilikdə 2500 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.
Hazırda küçənin digər hissəsində, daha dəqiqi Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında olan ərazidə təmir-tikinti işləri davam etdirlir. Ərazi yeni asflat-beton örtüyünün döşənməsi üçün artıq hazır vəziyyətə gətirilib. Ümumilikdə Əhməd Cəmil küçəsinin 14500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.
Təmir-tikinti işləri şəxsən Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda canlı qüvvə və texnika cəlb olunub.
Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










