Yaşıl işıq həmişə «sürə bilərsən» demək deyil – Vacib xəbər - VİDEO

Yaşıl işıq yansa da, sürücü yolayrıcını keçə bilmir. Çünki digər yolda olan sürücülər hərəkətin olmadığını görsələr də, avtomobillərini yolayrıcında saxlıyırlar. Belə olduqda işıqforun tələbinə əməl etmək mümkün olmur və bir yolda yaranan tıxac kəsişən digər yollara da təsir edir. İnzibati Xətalar Məcəlləsinə görə isə belə sürücülər cərimə oluna bilər.
Sürücülər xüsusilə pik saatlarında paytaxt yollarında bu mənzərə ilə tez-tez qarşılaşdıqlarını deyirlər. Mütəxəssislər bu halın tənzimlənməsi üçün sürücü mədəniyyətinin də inkişaf etməli olduğunu bildirir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov isə bildirir ki, bəzən sıxlıq olan zaman sürücülər kütləvi şəkildə bu cür qayda pozuntusu törətdiyindən polis onlara yerində müdaxilə edə bilmir. Ancaq gün ərzində yolayrıcını keçmə qaydalarını pozan 150-ə yaxın sürücüyə elektron protokol tərtib edilir. Belə qayda pozuntusu edən sürücülərin ünvanlarına hər an bildiriş gələ bilər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












