Yatmış sürücü ərlə arvadı xəstəxanalıq etdi - ölən var

Şamaxı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1970-ci il təvəllüdlü Ramik Məmmədovun idarə etdiyi avtomobil yolun ortasındakı dairəvi yol ötürücüsünə çırpılıb. Hadisə zamanı sürücü və sərnişinlər, Qəbələ sakinləri 1966- cı il təvəllüdlü Leyla Ağayeva, onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Ədalət Bağırov müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı ağır bədən xəsarəti alan 1973-cü il təvəllüdlü Elnarə Bağırova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sərnişinlərin sözlərinə görə, hadisəyə səbəb sürücünün sükan arxasında qəflətən yuxuya getməsi olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













