Yayda mühərriki qızdırmağa ehtiyac varmı?

Bəlkə də bu sual ilk baxışdan qəribə görünə bilər. Göydən obrazlı desək od yağır, metala əl vurmaq mümkün deyil. Lakin reallıq, yəni təbiət qanunları başqadır. Avtosfer.az xəbər verir ki, uzun müddət dayanmış mühərrikin temperaturu ətraf mühitə bərabər olmur. Doğrudur, 7-8 saat əvvəl dayanmış mühərrik yayda səhərədək tam soyumaya bilər. Lakin mühərrik yağı ilə bağlı vəziyyət başqadır.
Mühərrik söndürüldükdən sonra yağ cazibə qüvvəsinin hesabına detallardan süzülərək karterə qayıdır. Yağ qaynar olduğundan proses sürətlə gedir. Karterdə soyuyan yağ qatılaşır (markasından asılı olmayaraq).
Səhər mühərriki işə saldıqda isə qatılaşmış soyuq yağ mühərrikin bütün detallarına dərhal çata bilmir. Yağ nasosu və yağlama sistemi nə qədər mükəmməl olsa da, təbiəq qanunlarından üstün olmur. Bir soyuq mühərrikdə yağın bütün detallara lazımi səviyyədə çatması üçün təxminən 30 saniyə tələb olunur. 30 saniyəyə bütün detallara çatan yağın geriyə - karterə qayıtması üçün də müəyyən vaxt tələb olunur. Bu müddətdə karterdə yağ kəskin azaldığından detallarda tam yağlanma getmir, “aclıq” baş verir. Mühərrik qızdıqda isə yağın özlülüyü azalır, hər şey qaydasına düşür.
Buna görə də, xarici mütəxəssislər isti havada belə, mühərrikin səhər işə salınarkən təxminən 1 dəqiqəyədək yerində işlədilməsini tövsiyə edirlər. Qaynar mühərrikdə isə 10 saniyə gözləmək kifayətdir.
Unutmayaq ki, avtomobilin yay və qış istismar rejimləri fərqlidir. Texnologiya nə qədər irəliləsə də, fiziki qanunların fövqündə dayana bilmir.
Vüqar
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










