Yayda mühərriki qızdırmaq lazımdırmı?

Qışda soyuq mühərrikin qızdırılması barədə sürücülər arasında ümumi rəy mövcuddur. Lakin yayda, havanın temperaturu 30 dərəcə Selsini aşarkən buna lüzum varmı? Bu sual bir çox sürücüdə tərəddüd yaradır.
Avtosfer.az xəbər verir ki, rusiyalı ekspertlər hətta yayda da mühərrikin qızdırılmasınınb tərəfdarıdırlar. Lakin bu zaman söhbət 10-15 dəqiqədən deyil, təxminən 1 dəqiqədən gedir.
Konstantin Ojoqin səbəbi də izah edir.
Ekspert bildirir ki, ən qabaqcıl texnologiyalar belə, təbiət qanunlarından üstün deyil. Dayanmış mühərrikdə yağ karterə süzülür. Yayda bu proses daha sürətli gedir.
Lakin, mühərrik işə salınan kimi bütün detallara yağ bir anda çatmır. Bu səbəbdən mühərriki təxminən bir dəqiqə yerində işlətmək bütün sistemin tam yağlanmasına kömək edir. Beləliklə, aşınma ləngiyir.
Bundan sonra hərəkətə aşağı sürətlə başlayıb tədricən sürəti artırmaq lazımdır.
Ekspert qeyd edir ki, bu yolla həm də ötürmələr qutusunun ömrünü uzatmaq mümkündür.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












