Yeni avtomobillərin satışı 80 faiz azalıb – SATIŞ MƏRKƏZLƏRİ BAĞLANIR

Avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin satışı 55%, yeni avtomobillərin satışı isə 80%-ə yaxın azalıb. Avtosfer.az xəbər verir ki, bu barədə fins.az-a KİA Motors Azərbaycan şirkətinin icraçı direktoru Zəka Əlibəyov bildirib. Şirkət rəsmisinin sözlərinə görə, satışların azalması səbəbindən «KİA Motors» bəzi satış mərkəzlərini bağlamalı olub, bu proses davam edəcək. Z.Əlibəyov Azərbaycan avtomobil bazarındakı vəziyyət barədə fins.az-ın suallarını cavablandırıb.
Satışlar 80%-ə qədər azalıb
- Zəka müəllim, manatın devalvasiyasından sonra avtomobil satışlarında vəziyyət necədir?
- Avtomobillərin qiymətlərinin artması və kredit şərtlərinin çətinləşdirilməsi satışları 50-55 % azaldıb. Yeni avtomobil bazarında isə azalma 75- 80 %-dir. Bizdə isə ötən illə müqayisədə 50-60 % azalma müşahidə olunurdu. Ancaq iyun ayından etibarən reklama üstünlük verdik. Yay endirim kampaniyalarına başlamışıq. Və nəticədə may ayı ilə müqayisədə iyun ayında satışlarımız 20%-ə yaxın artıb. İyul ayında da bir o qədər artım müşahidə olunur.
- KİA avtomobillərinə nə qədər endirim edilir?
- Ən kiçik modelimiz olan “Picanto” üçün 300 manat, ən böyük endirim isə Sorento avtomobili üçün 6 min manat təşkil edir. Kampaniya hələlik 2014-cü il model avtomobillər üçün nəzərdə tutulub.
İlin sonuna kimi 2-3 satış mərkəzi bağlanacaq
- Avtomobil bazarındakı krizis “KİA Motors Azərbaycan”a necə təsir göstərib?
- Satışlar azaldığı üçün Badamdar, “Amay Ticarət Mərkəzi”nin yaxınlığında və Masallıdakı rəsmi dillerlərimiz bağlanıb. Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır. İlin sonuna kimi də 2-3 rəsmi dillerin də bağlanması gözlənilir.
«Ucuz modellər vəziyyətdən çıxış yolu deyil, şərtlər dəyişməlidir»
- Necə fikirləşirsiniz, vəziyyətdən çıxış yolu olaraq daha ucuz modellərin gətirilməsi məqsədəuyğundurmu?
- Satışların payına görə əvvəlki modellərlə ilə müqayisədə fərq yoxdur. Bizdə hər zaman yaxşı satılan avtomobillər sırasında “Rio”, “Cerato” və “Sportage” olub. Əvvəl bu modellərdə maraq necə idisə indi də elədir. Yəni satışların artırılmasını bununla bağlamaq olmaz. Əvvəlcə satışlar yaxşı olanda rəsmi dillerlər daha arxayın işləyirdi. Ancaq hazırkı krizis işin səmərəsini artırır. Məsələn, xarici zavodlarda bir avtomobili 5 nəfər yığırsa, sovet dönəmində bu işi 10 nəfər görürdü. Krizis olduqca fikirləşiblər ki, 3 işi bir nəfər görə bilirlərsə, digər işçiləri ixtisar etmək lazımdır. Ona görə də, rəsmi dillerlər müasirləşməlidir. Reklama, marketinq tədbirlərinə üstünlük verməlidir. Alıcı üzərində mübarizə olmalıdır. Azərbaycan avtomobil bazarının potensialı çox böyükdür. Təxminən 1000 nəfərə 100-110 avtomobil düşür ki, digər ölkələrdə müqayisədə çox aşağı göstəricidir. Müştəri potensialını daha ağıllı yollarla özünə cəlb etmək lazımdır. Bundan əlavə avtomobil kreditlərində ilkin ödənişi orta hesabla 50 %-yə yaxındır. Bu isə böyük məbləğdir. Dövlət ilkin ödənişin məbləğini 20-30% civarında müəyyənləşməsində dəstək göstərsə, bu rəsmi dillerlərin vəziyyətini bir qədər yaxşılaşdırar.
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO










